“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Geodeziya Mühəndisi dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində geodeziya və topoqrafik ölçmə işlərinin təşkili və icrası
- Sahədən əldə olunan ölçmə məlumatlarının analiz edilməsi
- Layihə üzrə plan və sxemlərin hazırlanması və tətbiqi
- Tikinti işlərinin layihəyə uyğunluğuna nəzarət
- Geodeziya hesabatlarının hazırlanması
- Topoqraf komandası ilə koordinasiyalı işin təşkili
Tələblər:
- Geodeziya sahəsi üzrə minimum 3 ildən artıq iş təcrübəsi (MÜTLƏQ)
- Ali təhsil (geodeziya, kartoqrafiya və ya mühəndislik sahəsi üzrə)
- Total Station, GPS və digər geodeziya cihazları ilə işləmə bacarığı
- AutoCAD, Civil 3D və ya oxşar proqramlarda işləmə bacarığı
- Sahə şəraitində işləmək imkanı (Ağdam layihəsi)
- Analitik düşünmə və məsuliyyətlilik
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Böyük və strateji layihədə iştirak imkanı
- Karyera inkişafı və stabil iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Geodeziya Mühəndisi – Ağdam” qeyd olunması xahiş olunur.