Crystal Group Crystal Group
  • 130

Geodeziya Mühəndisi – Ağdam Layihəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Geodeziya Mühəndisi – Ağdam Layihəsi

  • Deadline 17 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Geodeziya Mühəndisi dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində geodeziya və topoqrafik ölçmə işlərinin təşkili və icrası 
  • Sahədən əldə olunan ölçmə məlumatlarının analiz edilməsi 
  • Layihə üzrə plan və sxemlərin hazırlanması və tətbiqi 
  • Tikinti işlərinin layihəyə uyğunluğuna nəzarət 
  • Geodeziya hesabatlarının hazırlanması 
  • Topoqraf komandası ilə koordinasiyalı işin təşkili 

Tələblər:

  • Geodeziya sahəsi üzrə minimum 3 ildən artıq iş təcrübəsi (MÜTLƏQ) 
  • Ali təhsil (geodeziya, kartoqrafiya və ya mühəndislik sahəsi üzrə) 
  • Total Station, GPS və digər geodeziya cihazları ilə işləmə bacarığı 
  • AutoCAD, Civil 3D və ya oxşar proqramlarda işləmə bacarığı 
  • Sahə şəraitində işləmək imkanı (Ağdam layihəsi) 
  • Analitik düşünmə və məsuliyyətlilik 

Təklif edirik:

  • Rəqabətli əmək haqqı 
  • Böyük və strateji layihədə iştirak imkanı 
  • Karyera inkişafı və stabil iş mühiti

Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Geodeziya Mühəndisi  – Ağdam” qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly615
  • Monthly1708