Crystal Group Crystal Group

İnşaat mühəndisi (sahə üzrə) – Ağdam Layihəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat mühəndisi (sahə üzrə) – Ağdam Layihəsi

  • Deadline 7 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələrə imza atırıq. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza məsuliyyətli, sahə təcrübəsi olan və peşəkar İnşaat mühəndisi (sahə üzrə) axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində gündəlik işlərin təşkili və nəzarət olunması
  • Bina tikintisi prosesinin layihəyə uyğun icrasına nəzarət
  • Briqadirlərin və işçi heyətinin koordinasiyası
  • Görülən işlərin keyfiyyətinə və texniki normalara uyğunluğun təmin edilməsi
  • Tikinti qrafikinə uyğunluğun izlənilməsi
  • Texniki sənədlərlə (çertyoj, plan və s.) işləmək
  • Layihə rəhbərinə mütəmadi hesabatların təqdim olunması

Tələblər:

  • Ali təhsil: İnşaat mühəndisliyi
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bina tikintisi üzrə mütləqdir)
  • Tikinti sahəsində praktiki iş təcrübəsi və sahə proseslərinə bələdlik
  • AutoCAD proqramında işləmə bacarığı
  • Tikinti norma və qaydalarını bilmə
  • Komanda ilə işləmək və idarəetmə bacarıqları
  • Məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti

Təklif edirik:

  • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)
  • Böyük və perspektivli layihədə iştirak imkanı
  • Peşəkar inkişaf və karyera yüksəlişi
  • Stabil və güclü şirkətdə çalışma imkanı

Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnşaat mühəndisi (sahə üzrə) – Ağdam” qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly274
  • Monthly658