Crystal Group Crystal Group
  • 627

Mühasib (İstehsal sahəsi-Quba şəhəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib (İstehsal sahəsi-Quba şəhəri)

  • Deadline 7 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
  • Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
  • İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
  • İstehsal xərclərinin bölüşdürülməsi;
  • Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması (Balans, mənfəət və zərər, pul vəsaitlərinin həərəkəti haqqında hasabat və s.)
  • Məhsul resepturalarının sistemə daxil edilməsi;
  • İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
  • Anbar qalıqlarının uçotunun aparılması;
  • İstehsal və satış üzrə itki aktlarının hazırlanması;
  • Sistem ilə istehsalın üzləşdirilməsi;
  • Aylıq istehsal və ümumi hesabatların hazırlanması;
  • İstehsal üzrə bütün növ muhasibat əməliyyatlarının 1C proqram təminatına daxil edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
  • İstehsal proseslərinə nəzarət edilməsini təmini, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasını təmin edilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat, Menecement)
  • İstehsalat üzrə mühasib kimi minimum 2-3 il iş təcrübəsi;
  • 1 C proqramını bilməli;
  • Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq (Rəqabətli əmək haqqı)
  • Nahar: Şirkət tərəfindən təmin edilir
  • Ünvan: Quba şəhəri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə mühasib (Quba)” qeyd edərək [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly251
  • Monthly802