Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza məsuliyyətli və sahə proseslərini effektiv idarə edə bilən İş İcraçısı axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərin gündəlik təşkilini və icrasını təmin etmək
- Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq
- Usta və fəhlə heyətinin işinə nəzarət etmək və iş bölgüsünü təşkil etmək
- İşlərin qrafikə uyğun icrasını təmin etmək
- Materialların düzgün istifadəsinə nəzarət etmək
- Sahədə yaranan problemlərin operativ həllini təşkil etmək
- Görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət
Tələblər:
- Mütləq inşaat sahəsi üzrə ali təhsil
- Mütləq tikinti sahəsində minimum 3 il iş təcrübəsi
- Tikinti prosesləri üzrə güclü praktiki biliklər
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, intizamlı və operativ olmaq
- MS Office proqramlarında işləmə bacarığı
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Böyük layihədə çalışma imkanı
- Karyera inkişafı perspektivi
- Stabil və peşəkar iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “İş İcraçısı – Ağdam” qeyd olunması xahiş olunur.