Əsas öhdəliklər:
- Mexaniki sistemlərin layihələndirilməsi, quraşdırılması və texniki dəstək işlərinə nəzarət.
- Ofisdə layihə sənədlərinin (rəsmlər, spesifikasiyalar) hazırlanması, yoxlanılması və yenilənməsi.
- İş prosesinin effektivliyini artırmaq üçün texniki həllərin təklif edilməsi.
- Layihələrin icrasına nəzarət etmək üçün tez-tez bölgələrə ezamiyyətlərə getmək.
- Avadanlıqların və mexaniki sistemlərin təmir və texniki xidmət işlərinə nəzarət.
- Layihələrin vaxtında və büdcəyə uyğun tamamlanmasını təmin etmək.
Tələblər:
- Mexanika Mühəndisliyi sahəsində ali təhsil.
- Tikinti sektorunda ən az 3 il iş təcrübəsi.
- CAD proqramları (xüsusilə AutoCAD, SolidWorks və ya Revit) ilə mükəmməl işləmə bacarığı.
- Tikinti normaları, qaydaları və standartları haqqında geniş bilik.
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
- Komandada işləməyə meylli və ünsiyyətcil.
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00
- Nahar: 12:00-13:00
- İstirahət günləri: şənbə, bazar
Müraciət qaydası:
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətin mövzu hissəsində “Mexanika Mühəndisi” qeyd edilməsi mütləqdir.