İş yeri: Qarabağ bölgəsi
Vəzifə öhdəlikləri:
- Ofisin gündəlik fəaliyyətinin səmərəli təşkilini və idarə olunmasını təmin etmək.
- Sənəd dövriyyəsinin idarə edilməsi, daxil olan/gedən yazışmaların qəbulu, qeydiyyatı və arxivləşdirilməsi.
- İşə qəbul və xitam ərizələrinin hazırlanması və qeydiyyatının aparılması.
- Şirkətin daxili kargüzarlıq işlərinin təşkili və icrası.
- Lazımi ofis ləvazimatları və avadanlıqları ilə təminatı nəzarətdə saxlamaq, sifarişlər vermək.
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
- Yığıncaqların təşkili, protokolların hazırlanması.
- İşgüzar səfərlərin təşkili və dəstəyi.
- Heyətin iş qrafiklərinin tərtibi və nəzarəti .
Tələblər:
- Ali təhsil (idaretmə, filologiya, və ya digər müvafiq sahədə).
- Ofis meneceri və ya inzibati sahədə ən azı 2-3 il iş təcrübəsi.
- Ofis proqramları ilə (MS Office: Word, Excel, Outlook) sərbəst işləmə bacarığı.
- Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları.
- Məsuliyyətli, diqqətli və detallara qarşı həssas olmaq.
- Komandada işləmək bacarığı.
- Qarabağ bölgəsində işləməyə hazır olmaq.
Təklif olunanlar:
- Rəqabətli əmək haqqı.
- Peşəkar inkişaf imkanları.
- Dinamik və dəstəkləyici iş mühiti.
- Böyük və sabit bir şirkətdə işləmək imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən mövzu yerində "Ofis Meneceri - Qarabağ" qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur