Crystal Group of Companies Crystal Group of Companies
  • 209

Crystal Group of Companies

Construction , Building Construction

Ofis mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis mühəndisi

  • Deadline 4 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Qarabağ bölgəsi, Azərbaycan

İş rejimi: Tam iş günü

Vakansiya haqqında

  • Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsində çalışmaq üçün peşəkar və təcrübəli Sahə Mühəndisi axtarır.
  • Namizəd tikinti-quraşdırma işlərinin sahədə təşkilinə, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına, işçi qüvvəsinin koordinasiyasına və tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun aparılmasına cavabdeh olacaqdır.
  • Bu vəzifə inşaat mühəndisliyi üzrə ali təhsilə, tikinti sahəsində geniş praktiki təcrübəyə və tikinti proseslərinin sahədə idarə olunması bacarığına malik mütəxəssislər üçün nəzərdə tutulub.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək;
  • Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək;
  • Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
  • İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək;
  • Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq;
  • Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək;
  • Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək;
  • Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək;
  • Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək;
  • Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq;
  • Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək.

Namizədə dair tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir;
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
  • Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi;
  • Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə;
  • Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar;
  • Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı;
  • Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər;
  • Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Mövzu: “Sahə Mühəndisi – Qarabağ”

Qeyd: Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial saxlanılır. Müvafiq məlumat seçim mərhələsində namizədlə müzakirə ediləcəkdir.

  • Daily125
  • Weekly363
  • Monthly364