Crystal Group of Companies Crystal Group of Companies
  • 143

Crystal Group of Companies

Бизнес

Sahə Mühəndisi (Bölgələr üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sahə Mühəndisi (Bölgələr üzrə)

  • Истекает 12 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Crystal Group of Companies tərkibində fəaliyyət göstərən Crystal İnşaat ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək yeni tikinti layihələri üçün Sahə mühəndisləri (İş icraçıları) axtarır.

Namizədlər tikinti proseslərinin idarə olunmasında və layihələrin sahədə icrasına nəzarətdə aktiv rol oynayacaqlar.

Struktur: Crystal İnşaat

Vakansiya növü: Tam ştat

İş yeri: Azərbaycan Respublikasının bölgələri (layihələr üzrə)

Vəzifə öhdəlikləri

  • Tikinti sahəsində gündəlik iş prosesinin təşkili və nəzarəti
  • Layihə sənədlərinə uyğun olaraq işlərin icrasına nəzarət etmək
  • İş qrafikinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət
  • Podratçı və işçi heyətinin fəaliyyətini koordinasiya etmək
  • Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğunu təmin etmək
  • Görülən işlər üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
  • Materialların düzgün istifadəsinə və işin vaxtında tamamlanmasına nəzarət

Namizədə tələblər

  • Ali təhsil: Azərbaycan Memarlıq və İnşaat Universiteti məzunu (mütləq)
  • İş təcrübəsi: Minimum 3 il tikinti sahəsində iş təcrübəsi
  • Tikinti proseslərinin idarə olunması üzrə biliklər
  • Sahədə nəzarət və təşkilatçılıq bacarığı
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı
  • Ezamiyyətə və bölgələrdə işləməyə hazır olmaq

Proqram bilikləri:

  • MS Excel – yüksək səviyyədə
  • AutoCAD – yaxşı səviyyədə (mütləq)

Təklif edirik

  • Böyük və stabil şirkətdə karyera imkanları
  • Peşəkar komanda ilə işləmək imkanı
  • Maraqlı və iri həcmli tikinti layihələrində iştirak
  • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sahə mühəndisi – Bölgələr” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily92
  • Weekly528
  • Monthly1099