“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Topoqraf dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində topoqrafik ölçmə və çəkiliş işlərinin aparılması
- Geodeziya alətləri ilə dəqiq ölçmələrin həyata keçirilməsi
- Layihə üzrə planların hazırlanması və sahəyə tətbiqi
- Ölçmə nəticələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması
- Sahədə işlərin layihəyə uyğunluğuna nəzarət
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Mütləq)
- Müasir ölçmə cihazları (Total Station, GPS və s.) ilə işləmə bacarığı
- AutoCAD və ya digər müvafiq proqramlarda işləmə bacarığı
- Sahə şəraitində işləmək üçün fiziki və psixoloji hazırlıq
- Komanda ilə işləmə və məsuliyyətlilik
Təklif edirik:
- Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)
- Böyük və perspektivli layihədə iştirak imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi
- Stabil və güclü şirkətdə çalışma imkanı
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Topoqraf – Ağdam” qeyd olunması xahiş olunur.