Daax Construction Daax Construction
  • 233
Daax Construction

Daax Construction

Tikinti , Bina tikintisi

İnsan Resursları üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Menecer

  • Deadline 5 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur: Mərkəz

İş yeri: Alov Qüllələri - Flame Towers

Vəzifə haqqında:

  • Daax Construction-a tikinti sektorunda təcrübəyə malik İnsan Resursları üzrə Menecer axtarılır.

Əsas vəzifələr:

  • Vakansiyaları təhlil etmək, şirkət daxili elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi üzrə işin təşkili
  • İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
  • İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
  • İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
  • İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
  • ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
  • İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
  • Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
  • Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
  • İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

Əsas tələblər:

  • Yaş həddi: 30–45
  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat  və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları və Payroll sahəsində minimum 5 il iş təcrübəsi;
  • HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
  • MS Office və yaxşı səviyyədə  Exceldə işləmək bacarığı;
  • Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya türk dilində işlək səviyyədə ünsiyyət bacarığı;
  • 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.

Vəzifə üzrə təminatlar:

  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily81
  • Weekly448
  • Monthly449