Dapti.az Satış üzrə Mütəxəssis axtarır!
Ünsiyyət qurmağı, insanları inandırmağı və nəticə əldə etməyi sevirsən? O zaman komandamıza qoşulmaq fürsətini qaçırma!
Namizəddən gözləntilərimiz:
- CRM və MS Excel vasitəsilə müştəri bazası ilə işləmək və məlumatları təhlil etmək bacarığı;
- Güclü ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
- Satış sahəsində inkişaf etmək və yeni hədəflərə çatmaq istəyi.
- Satış, müştəri xidmətləri və ya kommersiya sahəsində minimum 1 il iş təcrübəsi
Biz nə təklif edirik?
- Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və real karyera imkanları;
- Dinamik, müasir və rahat iş mühiti;
- Peşəkar komandada təcrübə qazanmaq imkanı.
İş yeri: SABAH.city
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.