Hazırda Dapti komandamıza qoşulmaq üçün Təhsil sahəsi üzrə satış nütəxəssisi axtarırıq.
İş növü: Tam ştat
Tələblər:
- Təhsil sahəsində satış üzrə ən azı 2 il iş təcrübəsi;
- CRM sistemləri və Excel vasitəsilə məlumatlarla işləmək və müştəri bazasını təhlil etmək bacarığı;
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
- İnandırma, danışıqlar aparma və təqdimat bacarıqları;
- Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun həllər təklif etmək bacarığı;
- Nəticəyönümlü və hədəflərə fokuslanan yanaşma.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərlə əlaqə yaradaraq Dapti.az platformasının məhsul və xidmətlərinin təqdimatını və satışını həyata keçirmək;
- Müştərilərin ehtiyaclarını və gözləntilərini müəyyən edərək onlara uyğun həllər təklif etmək;
- Məktəblər, valideynlər və digər potensial müştərilərlə satış prosesini idarə etmək;
- Dapti.az platformasının imkanlarını, üstünlüklərini və istifadə qaydasını müştərilərə aydın və effektiv şəkildə təqdim etmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Müştəri bazasını və satış nəticələrini CRM və Excel vasitəsilə idarə və təhlil etmək;
- Satış prosesi, müştəri müraciətləri və nəticələr barədə məlumatları müvafiq sistemlərdə dəqiq şəkildə qeyd etmək;
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək;
- Bazar və müştəri ehtiyaclarını izləmək, satış imkanlarını müəyyənləşdirmək;
- Komanda ilə əməkdaşlıq edərək satış prosesinin və müştəri təcrübəsinin təkmilləşdirilməsinə töhfə vermək.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.