Təhsil sahəsi üzrə satış mütəxəssisi

  • Deadline 21 October 2026

Hazırda Dapti komandamıza qoşulmaq üçün Təhsil sahəsi üzrə satış nütəxəssisi axtarırıq.

İş növü: Tam ştat

Tələblər:

  • Təhsil sahəsində satış üzrə ən azı 2 il iş təcrübəsi;
  • CRM sistemləri və Excel vasitəsilə məlumatlarla işləmək və müştəri bazasını təhlil etmək bacarığı;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
  • İnandırma, danışıqlar aparma və təqdimat bacarıqları;
  • Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun həllər təklif etmək bacarığı;
  • Nəticəyönümlü və hədəflərə fokuslanan yanaşma.

Vəzifə öhdəlikləri: 

  • Potensial müştərilərlə əlaqə yaradaraq Dapti.az platformasının məhsul və xidmətlərinin təqdimatını və satışını həyata keçirmək;
  • Müştərilərin ehtiyaclarını və gözləntilərini müəyyən edərək onlara uyğun həllər təklif etmək;
  • Məktəblər, valideynlər və digər potensial müştərilərlə satış prosesini idarə etmək;
  • Dapti.az platformasının imkanlarını, üstünlüklərini və istifadə qaydasını müştərilərə aydın və effektiv şəkildə təqdim etmək;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Müştəri bazasını və satış nəticələrini CRM və Excel vasitəsilə idarə və təhlil etmək;
  • Satış prosesi, müştəri müraciətləri və nəticələr barədə məlumatları müvafiq sistemlərdə dəqiq şəkildə qeyd etmək;
  • Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək;
  • Bazar və müştəri ehtiyaclarını izləmək, satış imkanlarını müəyyənləşdirmək;
  • Komanda ilə əməkdaşlıq edərək satış prosesinin və müştəri təcrübəsinin təkmilləşdirilməsinə töhfə vermək.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily118
  • Weekly388
  • Monthly2102