Vəzifə öhdəlikləri:
- Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində müvafiq tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində dəmir filiz sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynalxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
- Səlahiyyətləri çərçivəsində istehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütamadi nəzarat olunmasında iştirak etmək;
- Sahədə fəaliyyat göstərən podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə va daxili qaydalarla tanış edilməsini təşkil etmək;
- Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
- Müvafiq pasport, təlimat, texnoloji reqlamentlər, analitik nəzarət qrafikləri və digər texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
- Dəmir filiz sahəsində formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, müvəqqəti saxlanma sahəsində saxlanılmasının və daşınmasının təşkil edilməsi;
- Səlahiyyətləri çərçivəsində atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə axıntı sularının təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğularının dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində toksiki və qeyri-toksiki, radioaktiv tullantıların əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə nəzarətin həyata keçirilməsi üzrə işlərin görülməsində iştirak etmək;
- Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
- Təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğun şəkildə təşkil edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində müvafiq dövlət orqanı tərəfindən planlaşdırılmış yoxlamaların keçirilməsində iştirak etmək və uyğunsuzluqlar barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;
- Ətraf mühitin əIverişIi ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarəti üzrə işlərdə iştirak etmək;
- Zərərli ekoloji aspektIərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq sahə üzrə ali təhsil;
- Ekoloq sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə;
- Kompüter bacarıqları: MS Office;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 08:00 – 17:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Ekoloq” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.