Daşkəsən Dəmir Filiz MMC Daşkəsən Dəmir Filiz MMC
  • 196

Daşkəsən Dəmir Filiz MMC

Kimyəvi maddələr , Metal və dağ-mədən

Maliyyə şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə şöbəsinin müdiri

  • Deadline 8 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin əmlakının, öhdəliklərinin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun düzgün və tam aparılmasına nəzarət etmək;
  • Cəmiyyətin maliyyə-uçot siyasətinin əsas istiqamətlərinə uyğun olaraq likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcə və maliyyə proqnozlarının yerinə yetirilməsini təmin etmək;
  • Mühasibat uçotunun təşkilini və uçot prinsiplərinə riayət olunmasını təmin etmək;
  • Maddi, əmək və maliyyə resurslarının qənaətli və səmərəli istifadəsini təmin etmək, həmçinin Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını hazırlamaq və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər həyata keçirmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparmaq, bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini və təhlil nəticələrinin rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Malların və xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması prosesini təşkil etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlərdə daxil olmasını və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında və düzgün ödənilməsinə nəzarət etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin qorunması, gəlirliliyin artırılması, xərclərin azaldılması və istifadə olunmayan aktivlərin yaranmasının qarşısının alınması istiqamətində rəhbərliyə təkliflər təqdim etmək; 
  • Cəmiyyətin maliyyə vəziyyəti, pul axınları, maliyyə əməliyyatları və debitor borcları barədə hesabat və analitik məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə tələblər:

  • Maliyyə ixtisası üzrə ali təhsili; 
  • Müvafiq sahədə 7 il,rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
  • Müvafiq sahəyə uyğun ACCA F3,F7,F9, DipİFR sertifikatların olması arzuolunandır;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili,rus dili bilikləri; 
  •  Microsoft Office (xüsusilə Excell),1C proqram təminatından yüksək səviyyədə istifadə bacarığı

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Dalğa plaza
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 

İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə şöbəsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily115
  • Weekly647
  • Monthly780