Daşkəsən Dəmir Filiz MMC Daşkəsən Dəmir Filiz MMC
  • 824

Daşkəsən Dəmir Filiz MMC

Kimyəvi maddələr , Metal və dağ-mədən

Satınalma üzrə mütəxəssis (Bakı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə mütəxəssis (Bakı)

  • Deadline 2 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
  • Cəmiyyətin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşdirilməsində iştirak etmək;
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və qısa vaxtda təkliflərin əldə edilməsini təmin etmək;
  • Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
  • Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək: sifarişin analizi, sifarişçi şöbələrlə detalların müəyyən edilməsi, sistemə düzgün yerləşdirilməsində lazımi dəstəyin verilməsi, nəzarətdə saxlanması, hesabatın hazırlanması və sifarişin bağlanması;
  • Kataloqlar, internet və sosial media kimi mənbələrdən istifadə etməklə yeni tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla müzakirələr aparmaq;
  • Lazımi materialları / xidmətləri daxili və xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimində, yazışmaların və danışıqların aparılmasında, görüşlərin təşkilində iştirak etmək;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili,yaxşı səviyyədə İngilis dili və ya Rus dili;
  • MS Office proqramları üzrə biliklər.

 Digər məlumatlar:

  •   İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73
  • Ezamiyyə imkanları 
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00

 Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily72
  • Weekly350
  • Monthly1993