Bazar Araşdırması üzrə Mütəxəssis

  • Истекает 1 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin məqsədi: İT kateqoriyaları üzra bazar analizi, qiymat benchmark-ı və tender/bid prosesinin analitik-sənədləşmə dəstəyi.

Vəzifə öhdəlikləri:

  • Dövlət və özəl sektorda İT layihələri ilə bağlı elan olunmuş tenderləri mütəmadi izləmək (etender.gov.az, beynəlxalq portallar və s.);
  • Tender şərtlərini, texniki tələbləri və uyğunluq meyarlarını dərinliklə təhlil etmək;
  • Risklərin (uyğunluq, müddətlər, təminatlar, cərimələr, SLA və s.) ilkin qiymətləndirilməsini aparmaq;
  • Texniki və kommersiya hissələrinin uyğunluğunu təmin etmək (sənədləşmə, format, tələb olunan əlavələr);
  • Təchizatçı bazasının formalaşdırılması: yeni vendorların tapılması, pre-qualification (qısa yoxlama), müqayisə matrislərinin hazırlanması;
  • Potensial yerli və beynəlxalq partnyorların müəyyən olunması və ilkin qiymətləndirilməsi;
  • Qiymət təkliflərinin toplanması (RFQ), qiymət müqayisəsi, “should-cost” və ya “fair price” qiymətləndirməsinin aparılması;
  • Yerli və xarici təchizatçılarla ilkin qiymət danışıqları aparmaq və təklif toplamaq;
  • Rəqib İT şirkətlərinin fəaliyyətlərini, əvvəlki tender nəticələrini və bazar paylarını təhlil etmək;
  • Uğurlu və uğursuz tender nəticələri üzrə səbəb analizlərini (win/loss analysis) təqdim etmək;
  • Aylıq və rüblük bazar araşdırma hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (İT, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • İT məhsul və xidmətləri sahəsində bazar bilikləri;
  • Dövlət və ya beynəlxalq tenderlər sahəsində minimum 2 illik təcrübə;
  • Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük,təşəbbüskarlıq, çeviklik, problem həlletmə,analitik düşünmə bacarıqları;
  • ERP və elektron satınalma platformalarında işləmə bacarığı;
  • MS Office proqramlarında yaxşı səviyyədə istifadəçi bacarığı (xüsusilə Excel);
  • Azərbaycan dili mükəmməl, Ingilis vəya rus dili orta.

Maraqlanan namizədlər CV-lərini əmək haqqı gözləntilərini və mövzu hissəsində Bazar Araşdırması üzrə Mütəxəssis qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily56
  • Weekly309
  • Monthly996