İş şəraiti:
- Ünvan: Azure Business Center
- İşin növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Dashboardlar hazırlamaq, inkişaf etdirmək və idarə etmək;
- Komandalarla əməkdaşlıq edərək məlumat ehtiyaclarını anlamaq və ETL proseslərini həyata keçirərək effektiv Data Mart/Data Warehouse həllərinin yaradılmasında iştirak etmək;
- Məlumatları müxtəlif mənbələrdən toplamaq və onları ETL alətləri vasitəsilə təmizləmək;
- Data analitiklər və biznes istifadəçiləri ilə əməkdaşlıq edərək dashboardların funksionallığını təkmilləşdirmək və hesabat imkanlarını optimallaşdırmaq;
- SQL sorğuların yazılması və test edilməsi;
Əsas Tələblər:
- Power BI ilə 1 ildən çox təcrübə;
- Biznes ehtiyaclarına uyğun interaktiv və cəlbedici dashboardlar yaratmaq bacarığı;
- Böyük məlumat dəstlərini səmərəli idarə etmək üçün ETL prosesləri və Data Warehousing prinsiplərini anlamaq;
- ETL alətləri ilə işləmək təcrübəsi və məlumat axınlarını avtomatlaşdırmaq bacarığı;
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Problem həll etmə və analitik düşünmə qabiliyyəti
Niyə Bizə Qoşulmalısan?
- İnnovativ və əməkdaşlığa açıq bir mühitin bir hissəsi olmaq;
- Maraqlı və qabaqcıl layihələrdə iştirak etmək;
- Sürətli, məlumat əsaslı bir şirkətdə bacarıqlarını inkişaf etdirib, karyeranı irəli apara bilmə şansını əldə etmək;
Müraciət:
Əgər yuxarıdakı tələblərə cavab verdiyinizi düşünürsünüzsə, müraciətinizlə birgə yenilənmiş CV-nizi “BI Developer” başlığı ilə elektron poçt ünvanı vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaq.