Datalead MMC Datalead MMC
  • 119

Datalead MMC

IT

Data Governance Expert

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Governance Expert

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında

  • DataLead şirkəti məlumatların idarə olunması sahəsində təcrübəli və sistemli düşüncə tərzinə malik Data Governance mütəxəssisi axtarır. Namizəd data siyasətlərinin, keyfiyyət standartlarının və metadata idarəetmə çərçivələrinin formalaşdırılması və tətbiqi proseslərində əsas rol oynayacaq.
  • Bu vəzifə həm texniki komandalar (Data Engineering, BI, AI/ML), həm də biznes tərəflərlə sıx əməkdaşlıq edərək, təşkilat səviyyəsində məlumatların keyfiyyətli, etibarlı və izlənəbilən şəkildə idarə olunmasını təmin etməyə yönəlib.

Namizəddən tələb olunan bilik və bacarıqlar

  • Minimum 2 il Data Governance, Data Management və ya Data Quality sahəsində təcrübə;
  • Data Management Body of Knowledge (DMBOK) prinsipləri barədə bilik;
  • Məlumat keyfiyyəti, metadata, master data və data lineage anlayışları üzrə praktiki bilik;
  • SQL sorğularını oxuma və məlumat keyfiyyəti yoxlamaları aparma bacarığı;
  • Data təhlükəsizliyi, məxfilik və uyğunluq (GDPR, ISO/IEC 27001 və s.) prinsipləri üzrə anlayış;
  • Məlumat inteqrasiyası və ETL prosesləri haqqında ümumi bilik;
  • Jira və Confluence ilə işləmə təcrübəsi;
  • İngilis dili – texniki sənədləşmə və kommunikasiya üçün yetərli səviyyədə.

Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər

  • Data Governance siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
  • Data kataloqlaşdırma, metadata və data lineage proseslərinin formalaşdırılması və idarə edilməsi;
  • Data keyfiyyəti göstəricilərinin (DQ metrics) müəyyən edilməsi və monitorinqi;
  • Məlumatların təsnifləşdirilməsi və təhlükəsizlik siyasətləri ilə uyğunluğunun təmin edilməsi;
  • Məlumat sahibləri (data owners), data steward-lar və digər iştirakçılar arasında məsuliyyət bölgüsünün təşkili;
  • Data standardization, master data management (MDM) və referans məlumatların idarə edilməsi;
  • OpenMetadata, Collibra, Alation və ya bənzər alətlərlə işləmə (üstünlük sayılacaq);
  • Layihə komandaları ilə birlikdə data keyfiyyəti və uyğunluq (compliance) proseslərinin izlənməsi;
  • Təşkilat daxilində data mədəniyyətinin formalaşdırılmasına dəstək vermək.

 Üstünlük sayılacaq

  • DAMA və ya DCAM çərçivələri ilə işləmə təcrübəsi;
  • Data kataloqlaşdırma və governance alətləri ilə (OpenMetadata, Collibra, Talend, Informatica, s.) təcrübə;
  • Data Lakehouse və ya DWH mühitlərində təcrübə;
  • Daxili audit fəaliyyətlərində iştirak təcrübəsi;
  • Güclü analitik düşüncə, sistemli yanaşma və komanda işinə açıq davranış.

İş şəraiti

  •  İş qrafiki: Həftənin 5 günü (09:00-18:00) 
  •  İstirahət günü: Şənbə və bazar
  •  Əmək haqqı: Razılaşma əsasında 

Namizədlərdən öz CV-lərini Data Governance Expertbaşlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly123
  • Monthly1832