Kontent Üzü / SMM Mütəxəssisi (Xanım) – Bakı və Sumqayıt

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kontent Üzü / SMM Mütəxəssisi (Xanım) – Bakı və Sumqayıt

  • Истекает 12 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

De Valeur mağazalar şəbəkəsi kamera qarşısında rahat danışa bilən, premium məhsulları peşəkar şəkildə təqdim edəcək və sosial media hesablarımızın idarə olunmasında aktiv iştirak edəcək xanım əməkdaş axtarır.

Vəzifələr

  • Reels, Story və digər video çəkilişlərində iştirak etmək;
  • Saat, eynək, çanta və digər premium məhsulları təqdim etmək;
  • Instagram və TikTok üçün gündəlik kontent planlamaq və paylaşmaq;
  • Kampaniya və reklam paylaşımlarını hazırlamaq;
  • Müştəri mesajlarını və şərhlərini operativ cavablandırmaq;
  • Sosial media trendlərini izləmək və yeni kontent ideyaları təklif etmək;
  • Səhifənin aktivliyini və izləyici əlaqəsini artırmaq.

Tələblər

  • Kamera qarşısında sərbəst və inamlı danışıq;
  • Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı;
  • CapCut, Canva və ya oxşar proqramlar üzrə baza bilikləri;
  • Səliqəli görünüş və təqdimat bacarığı;
  • Kreativ, məsuliyyətli, operativ və təşəbbüskar olmaq.

İş şərtləri

  • İş qrafiki: 10:00 – 19:00
  • Əmək haqqı: 500–800 AZN (təcrübə və bacarıqlardan asılı olaraq) + bonus imkanı;
  • Rəsmi əmək müqaviləsi.

Biz nə təklif edirik?

  • Premium seqment məhsullarla işləmək;
  • Yaradıcılığınızı göstərə biləcəyiniz dinamik iş mühiti;
  • Güclü kontent portfolionu formalaşdırmaq imkanı;
  • Uzunmüddətli və stabil iş;
  • Karyera və gəlir artımı perspektivi.

CV-nizi və ya özünüzü təqdim edən qısa videonu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily12
  • Weekly380
  • Monthly978