De Valeur mağazalar şəbəkəsi kamera qarşısında rahat danışa bilən, premium məhsulları peşəkar şəkildə təqdim edəcək və sosial media hesablarımızın idarə olunmasında aktiv iştirak edəcək xanım əməkdaş axtarır.
Vəzifələr
- Reels, Story və digər video çəkilişlərində iştirak etmək;
- Saat, eynək, çanta və digər premium məhsulları təqdim etmək;
- Instagram və TikTok üçün gündəlik kontent planlamaq və paylaşmaq;
- Kampaniya və reklam paylaşımlarını hazırlamaq;
- Müştəri mesajlarını və şərhlərini operativ cavablandırmaq;
- Sosial media trendlərini izləmək və yeni kontent ideyaları təklif etmək;
- Səhifənin aktivliyini və izləyici əlaqəsini artırmaq.
Tələblər
- Kamera qarşısında sərbəst və inamlı danışıq;
- Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı;
- CapCut, Canva və ya oxşar proqramlar üzrə baza bilikləri;
- Səliqəli görünüş və təqdimat bacarığı;
- Kreativ, məsuliyyətli, operativ və təşəbbüskar olmaq.
İş şərtləri
- İş qrafiki: 10:00 – 19:00
- Əmək haqqı: 500–800 AZN (təcrübə və bacarıqlardan asılı olaraq) + bonus imkanı;
- Rəsmi əmək müqaviləsi.
Biz nə təklif edirik?
- Premium seqment məhsullarla işləmək;
- Yaradıcılığınızı göstərə biləcəyiniz dinamik iş mühiti;
- Güclü kontent portfolionu formalaşdırmaq imkanı;
- Uzunmüddətli və stabil iş;
- Karyera və gəlir artımı perspektivi.
CV-nizi və ya özünüzü təqdim edən qısa videonu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.