De Valeur komandasına qoşul!
Müştərilərlə ünsiyyət qurmağı sevirsiniz, satış sahəsində təcrübəniz var və premium məhsullarla işləyərək özünüzü inkişaf etdirmək istəyirsiniz? O zaman De Valeur MMC sizi komandasına dəvət edir!
İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi
Əsas vəzifələr:
- Müştərilərə məhsulların seçimi üzrə peşəkar məsləhət vermək və satışları həyata keçirmək;
- Mağazada məhsulların düzgün və estetik şəkildə yerləşdirilməsini təmin etmək;
- Kassa əməliyyatlarını həyata keçirmək;
- Malların qəbulu, hazırlanması və inventarizasiya prosesində iştirak etmək;
- Mağazada yüksək xidmət və premium təqdimat standartlarını qorumaq;
- Fərdi və komanda satış hədəflərinin həyata keçirilməsinə töhfə vermək.
Namizəddən gözləntilər:
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Yüksək ünsiyyət və müştəriyönümlülük;
- Səliqəli və baxımlı xarici görünüş;
- Məsuliyyətli, enerjili və nəticəyönümlü yanaşma;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs.
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- Davamlı təlim və inkişaf proqramları;
- Premium brendlərlə işləmək və satış sahəsində peşəkar təcrübə qazanmaq;
- Karyera yüksəlişi imkanları;
- Müasir və peşəkar iş mühiti;
- Dinamik və inkişaf edən komandada çalışma imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.