Satış Məsləhətçisi

  • Истекает 29 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

De Valeur komandasına qoşul!

Müştərilərlə ünsiyyət qurmağı sevirsiniz, satış sahəsində təcrübəniz var və premium məhsullarla işləyərək özünüzü inkişaf etdirmək istəyirsiniz? O zaman De Valeur MMC sizi komandasına dəvət edir!

İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi

Əsas vəzifələr:

  • Müştərilərə məhsulların seçimi üzrə peşəkar məsləhət vermək və satışları həyata keçirmək;
  • Mağazada məhsulların düzgün və estetik şəkildə yerləşdirilməsini təmin etmək;
  • Kassa əməliyyatlarını həyata keçirmək;
  • Malların qəbulu, hazırlanması və inventarizasiya prosesində iştirak etmək;
  • Mağazada yüksək xidmət və premium təqdimat standartlarını qorumaq;
  • Fərdi və komanda satış hədəflərinin həyata keçirilməsinə töhfə vermək.

Namizəddən gözləntilər:

  • Satış sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Rus dili biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət və müştəriyönümlülük;
  • Səliqəli və baxımlı xarici görünüş;
  • Məsuliyyətli, enerjili və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Davamlı təlim və inkişaf proqramları;
  • Premium brendlərlə işləmək və satış sahəsində peşəkar təcrübə qazanmaq;
  • Karyera yüksəlişi imkanları;
  • Müasir və peşəkar iş mühiti;
  • Dinamik və inkişaf edən komandada çalışma imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly664
  • Monthly2416