Decoliv Decoliv
  • 986

Decoliv

Dizayn , Biznes

Anbar əməliyyatları şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar əməliyyatları şöbə müdiri

  • Deadline 22 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 İş təsviri:

  • Yükləmə və boşaltma zamanı lazımi alət və texnikaları təşkil etmək;
  • Məhsulun sağlam və düzgün şəkildə yüklənilməsi (boşaldılması) üçün anbardarlara təlimatlar vermək;
  • Daşınılacaq məhsulların çıxış anbarını müəyyən edərək anbar qeydiyyatçılarına və anbardara məlumat vermək;
  • Məhsulların daxil olma və son istifadə tarixinə görə anbardan ixracını müəyyən etmək;
  • Məhsulların tələb olunan miqdara görə ixracını təmin etmək;
  • Məhsulların yükləmə və boşaldılma zamanı təhvil-təslim prosesinə nəzarət etmək;
  • Məhsullara zərər verə biləcək həşəratlara qarşı lazımi dərmanlama proseslərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim olunması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək;
  • Zərər, itki və çatışmazlıqlara görə məsuliyyət daşımaq;
  • Riskləri qabaqlamaq və problem həll etməyi bacarmaq;
  • Anbarlarda təmir ehtiyaclarını müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq.

Namizədə tələblər:

  • Ali təhsilli olmalı;İnventarizasiya və stok nəzarəti təcrübəsinə sahib olmaq;
  • Anbar sahəsində (3 il rəhbər vəzifədə olmaqla) ən azı 5 il təcrübəsi olmalı;
  • Analitik düşünmə bacarığına sahib olmalı;
  • Yüksək səviyyədə excel biliyi olmalı;Anbar proqramları ilə işləmə bacarığı olmalı;
  • FIFO / FEFO prinsiplərini bilməli.

Şirkət təklif edir:

  • Rəqabətli əmək haqqı və bonus sistemi;
  • Sabit və strukturlaşdırılmış iş mühiti;
  • Karyera perspektivləri.

Namizədlər CV-lərini “Anbar əməliyyatları şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily119
  • Weekly372
  • Monthly1059