İş yeri: Bakı şəhəri, Decoliv baş ofis (Azure biznes mərkəzi)
Tələblər:
- Ali təhsil;
- Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi (sosial media idarəçiliyi və ya müştəri xidmətləri);
- Azərbaycan dilində orfoqrafik qaydalara uyğun yazı yazmaq bacarığı;
- Sosial media platformaları ilə işləmək bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Komandada çalışmaq və vaxtında nəticə təqdim etmək bacarığı.
Vəzifə və Öhdəliklər:
- Sosial media platformalarında mesaj və şərhlərə cavab vermək;
- Whatsapp üzərindən kampaniya paylaşımlarını icra etmək;
- Gələn zəngləri qəbul edib, müvafiq şöbəyə yönləndirmək;
- Hazırlanmış post və paylaşımları zamanında sosial media hesablarında paylaşmaq;
- Müştərilərin suallarını və şikayətlərini düzgün, nəzakətli şəkildə cavablandırmaq;
- Görülən işlərlə bağlı həftəlik hesabat təqdim etmək.
Təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Dinamik və rahat iş mühiti;
- Karyera perspektivləri;
- Nahar təminatı;
- Servis xidməti.
Müraciət üçün CV-lərinizi “CRM üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.