Şirkətimizin İT strategiyasına rəhbərlik edəcək, texnoloji infrastrukturun dayanıqlığını və rəqəmsal transformasiyanı təmin edəcək İT Departament müdiri axtarırıq.
Əsas vəzifələr:
- Şirkətin İT strategiyasını hazırlamaq, biznes strategiyasına uyğunlaşdırmaq və icrasını təmin etmək;
- Şirkətin İT infrastrukturunun, ERP, POS, ITSM və BPM sistemlərinin fasiləsiz və effektiv fəaliyyətini təmin etmək;
- Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və əlçatanlığını təmin etmək;
- İT infrastrukturunun (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlərin, virtualizasiya mühitlərinin və data mərkəzlərinin idarə edilməsinə nəzarət etmək;
- Bulud və hibrid infrastruktur həllərinin tətbiqini, inkişafını və optimallaşdırılmasını təmin etmək;
- İT sistemlərinin, verilənlər bazalarının və korporativ tətbiqlərin təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək;
- Kibertəhlükəsizlik strategiyasını formalaşdırmaq, informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və müvafiq qorunma tədbirlərinin həyata keçirilməsini təmin etmək;
- ISO 27001 standartı, İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək;
- Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyi (BCP/DRP) planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- İT xidmətlərinin keyfiyyətini yüksəltmək, xidmət səviyyəsi göstəricilərini (SLA) müəyyənləşdirmək və monitorinqini aparmaq;
- İT layihələrini planlaşdırmaq, idarə etmək və onların vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasını təmin etmək;
- Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni intellekt və data analitikası həllərinin tətbiqi imkanlarını qiymətləndirmək və müvafiq layihələri həyata keçirmək;
- İT büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini qiymətləndirmək;
- İT sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət keyfiyyətinə nəzarət etmək;
- İT komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və fəaliyyət göstəricilərinin qiymətləndirilməsini təmin etmək;
- Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllərini təklif etmək və tətbiqini koordinasiya etmək;
Namizədə dair tələblər:
- İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsilə malik olmaq;
- Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq;
- 40-dan çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsinə malik olmaq;
- ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin biliklərə malik olmaq;
- Şəbəkə infrastrukturu (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə biliklərə malik olmaq;
- Bulud və hibrid infrastruktur həlləri (Azure, AWS və ya lokal provayderlər) üzrə biliklərə malik olmaq;
- MS SQL, Oracle və PostgreSQL verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək;
- Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə biliklərə malik olmaq;
- Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyinin təmin edilməsi (BCP/DRP) üzrə biliklərə malik olmaq;
- PMP, Agile və ITIL kimi layihə idarəetməsi metodologiyalarını bilmək;
- Strateji düşünmə və analitik təhlil bacarıqlarına malik olmaq;
Üstünlük hesab olunur:
- Rəqəmsal transformasiya, süni intellekt və data analitikası layihələrində uğurlu təcrübə;
- Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə tanışlıq;
- PMP, ITIL, CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatların olması.
Biz nə təklif edirik?
- Rəqabətli əməkhaqqı;
- Nahar təminatı;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil nömrə;
- Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı.
CV-nizi "İT Departament Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.