Decoliv Decoliv
  • 502

Decoliv

Design , Business

Kassa əməliyyatçısı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassa əməliyyatçısı

  • Deadline 10 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Gündəlik kassa əməliyyatlarının tam və düzgün icrasına nəzarət etmək, kassa bağlanışları aparmaq və yaranan fərqlərin səbəblərini analiz etmək;
  • Nağd və nağdsız ödənişlər üzrə kassa limitlərini izləmək və pozuntuların qarşısını almaq;
  • POS sistemləri üzrə əməliyyatların (void, refund, discount və s.) əsaslandırılmasını yoxlamaq və ilkin risk qiymətləndirilməsi aparmaq;
  • Kassa intizamına dair sənədləşmənin (hesabatlar, aktlar, təsdiqedici sənədlər) tamlığını, düzgünlüyünü və vaxtında təqdim edilməsini təmin etmək;
  • Potensial risk, sui-istifadə, prosedur pozuntularını vaxtında müəyyən etmək və dərhal daxili nəzarət bölməsinə yönləndirmək;
  • Mağaza əməliyyat prosedurlarının icrasına nəzarət etmək, uyğunsuzluqlar üzrə rəy və təkliflər vermək;
  • Kassa əməliyyatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqində və təkmilləşdirilməsində iştirak etmək;
  • İnventarizasiya və yoxlamalar zamanı müvafiq sənədləri hazırlamaq, təqdim etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək.

Namizədə tələblər:

  • Ali təhsilli olmalı;
  • Mühasibatlıq sahəsində azı 1 il iş təcrübəsi olmalı;
  • Analitik düşünmə bacarığına sahib olmalı;
  • Yaxşı səviyyədə excel biliyi olmalı (kassa və  POS sistemləri ilə  işləmə bacarığı)
  • Maliyyə və müsahibatlıq sahəsi üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.

 Şirkət təklif edir:

  • Rəqabətli əmək haqqı
  • Korporativ əlaqə nömrəsi
  • Nahar təminatı və servis xidməti
  • 5 günlük iş qrafiki

Namizədlər CV-lərini “Kassa əməliyyatçısı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily96
  • Weekly349
  • Monthly1036