İşin təsviri:
- Gündəlik kassa əməliyyatlarının tam və düzgün icrasına nəzarət etmək, kassa bağlanışları aparmaq və yaranan fərqlərin səbəblərini analiz etmək;
- Nağd və nağdsız ödənişlər üzrə kassa limitlərini izləmək və pozuntuların qarşısını almaq;
- POS sistemləri üzrə əməliyyatların (void, refund, discount və s.) əsaslandırılmasını yoxlamaq və ilkin risk qiymətləndirilməsi aparmaq;
- Kassa intizamına dair sənədləşmənin (hesabatlar, aktlar, təsdiqedici sənədlər) tamlığını, düzgünlüyünü və vaxtında təqdim edilməsini təmin etmək;
- Potensial risk, sui-istifadə, prosedur pozuntularını vaxtında müəyyən etmək və dərhal daxili nəzarət bölməsinə yönləndirmək;
- Mağaza əməliyyat prosedurlarının icrasına nəzarət etmək, uyğunsuzluqlar üzrə rəy və təkliflər vermək;
- Kassa əməliyyatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqində və təkmilləşdirilməsində iştirak etmək;
- İnventarizasiya və yoxlamalar zamanı müvafiq sənədləri hazırlamaq, təqdim etmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək.
Namizədə tələblər:
- Ali təhsilli olmalı;
- Mühasibatlıq sahəsində azı 1 il iş təcrübəsi olmalı;
- Analitik düşünmə bacarığına sahib olmalı;
- Yaxşı səviyyədə excel biliyi olmalı (kassa və POS sistemləri ilə işləmə bacarığı)
- Maliyyə və müsahibatlıq sahəsi üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.
Şirkət təklif edir:
- Rəqabətli əmək haqqı
- Korporativ əlaqə nömrəsi
- Nahar təminatı və servis xidməti
- 5 günlük iş qrafiki
Namizədlər CV-lərini “Kassa əməliyyatçısı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.