Decoliv Decoliv
  • 621

Decoliv

Dizayn , Biznes

Satınalma üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə aparıcı mütəxəssis

  • Deadline 8 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Potensial təchizatçıları (Çin) tapmaq, qiymətləndirmək və sertifikatlı, etibarlı fabriklərlə əməkdaşlıq qurmaq;
  • Təchizatçılardan nümunələr, texniki sənədlər və sertifikatlar tələb etmək, keyfiyyət yoxlamalarını təşkil etmək;
  • Qiymət, MOQ, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq və müqavilə şərtlərini optimallaşdırmaq;
  • Satış göstəricilərinə əsasən SKU dövriyyəsini və ehtiyac proqnozlarını optimallaşdırmaq;
  • Məhsul nümunələrini Decoliv standartlarına əsasən qiymətləndirmək (dizayn, material, qablaşdırma, təhlükəsizlik);
  • Göndərişdən öncə keyfiyyət yoxlamaları (Pre-Shipment Inspection) təşkil etmək;
  • Məhsul kodlaşdırması, etiketləmə və ERP (Logo Tiger) sisteminə düzgün daxilolmanı təmin etmək;
  • İxrac sənədlərinin (invoice, packing list, COO, B/L, MSDS və s.) düzgünlüyünü yoxlamaq və logistika prosesinə nəzarət etmək;

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
  • Beynəlxalq satınalma sahəsində ən azı 2 il iş təcrübəsi (Çin bazarı ilə işləmə təcrübəsi üstünlükdür);
  • Ev dekoru, mətbəx, tekstil və household kateqoriyalarında təcrübə üstünlük hesab olunur;
  • İngilis dili – yüksək səviyyədə, Çin dili (Mandarin) bilikləri üstünlükdür;
  • ERP sistemlərində (xüsusilə Logo Tiger) işləmək bacarığı;
  • Yüksək ünsiyyət, danışıqlar aparma və qərarvermə bacarığı;
  • Komandada işləmək, stressə davamlılıq və operativlik.

Əlavə təminatlar:

  • Nahar təminatı
  • Servis Xidməti
  • Korporativ nömrə və danışıq limiti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily25
  • Weekly441
  • Monthly2506