Decoliv komandamıza qoşul!
Satınalma və təchizat proseslərinin effektiv idarə olunmasını, etibarlı təchizatçı şəbəkəsinin formalaşdırılmasını və şirkətin ehtiyaclarının optimal şərtlərlə qarşılanmasını təmin edəcək komanda yoldaşı axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin ehtiyaclarına uyğun yerli və xarici təchizatçıları araşdırmaq, potensial tərəfdaşları müəyyənləşdirmək;
- Təchizatçıların qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
- Təchizatçılarla qiymət, endirim, kredit xətti, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
- Alternativ təchizat mənbələrini və yeni bazar imkanlarını araşdırmaq;
- Satınalma müqavilələrinin hazırlanmasında iştirak etmək, hüquqi və maliyyə şərtlərini razılaşdırmaq;
- Daxili şöbələrdən daxil olan satınalma tələblərini toplamaq və təhlil etmək;
- Təsdiqlənmiş tələblər əsasında təchizatçılara rəsmi sifarişlər göndərmək;
- Sifarişlərin icrasına, malların vaxtında çatdırılmasına, daşınma və gömrük proseslərinə nəzarət etmək;
- Müqavilə, faktura və təhvil-təslim sənədlərini yoxlamaq, ödəniş prosesləri üzrə Maliyyə şöbəsi ilə koordinasiyanı təmin etmək;
- Alınan malların miqdar və keyfiyyət baxımından anbara düzgün təhvil verilməsinə nəzarət etmək;
- Məhsullarda uyğunsuzluq aşkarlandıqda dəyişdirilmə və geri qaytarılma proseslərini idarə etmək;
- Təchizatçıların fəaliyyətini qiymət, keyfiyyət və çatdırılma göstəriciləri üzrə mütəmadi qiymətləndirmək;
- Satınalma xərcləri və büdcənin icrası üzrə hesabatlar hazırlamaq.
Namizədə dair tələblər
- Ali təhsilə (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə) malik olmaq;
- Satınalma və təchizat sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
- Yerli və beynəlxalq təchizat bazarlarını araşdırmaq və təhlil etmək bacarığına malik olmaq;
- Satınalma, müqavilə və logistika prosesləri üzrə biliklərə malik olmaq;
- Kommersiya təkliflərini təhlil etmək və sərfəli satınalma şərtləri müəyyənləşdirmək bacarığına malik olmaq.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Nahar təminatı;
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik və inkişaf edən komandada çalışma imkanı.
CV-nizi mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.