Təchizat üzrə mütəxəssis

  • Истекает 18 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Decoliv komandamıza qoşul!

Satınalma və təchizat proseslərinin effektiv idarə olunmasını, etibarlı təchizatçı şəbəkəsinin formalaşdırılmasını və şirkətin ehtiyaclarının optimal şərtlərlə qarşılanmasını təmin edəcək komanda yoldaşı axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin ehtiyaclarına uyğun yerli və xarici təchizatçıları araşdırmaq, potensial tərəfdaşları müəyyənləşdirmək;
  • Təchizatçıların qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
  • Təchizatçılarla qiymət, endirim, kredit xətti, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
  • Alternativ təchizat mənbələrini və yeni bazar imkanlarını araşdırmaq;
  • Satınalma müqavilələrinin hazırlanmasında iştirak etmək, hüquqi və maliyyə şərtlərini razılaşdırmaq;
  • Daxili şöbələrdən daxil olan satınalma tələblərini toplamaq və təhlil etmək;
  • Təsdiqlənmiş tələblər əsasında təchizatçılara rəsmi sifarişlər göndərmək;
  • Sifarişlərin icrasına, malların vaxtında çatdırılmasına, daşınma və gömrük proseslərinə nəzarət etmək;
  • Müqavilə, faktura və təhvil-təslim sənədlərini yoxlamaq, ödəniş prosesləri üzrə Maliyyə şöbəsi ilə koordinasiyanı təmin etmək;
  • Alınan malların miqdar və keyfiyyət baxımından anbara düzgün təhvil verilməsinə nəzarət etmək;
  • Məhsullarda uyğunsuzluq aşkarlandıqda dəyişdirilmə və geri qaytarılma proseslərini idarə etmək;
  • Təchizatçıların fəaliyyətini qiymət, keyfiyyət və çatdırılma göstəriciləri üzrə mütəmadi qiymətləndirmək;
  • Satınalma xərcləri və büdcənin icrası üzrə hesabatlar hazırlamaq.

Namizədə dair tələblər

  • Ali təhsilə (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə) malik olmaq;
  • Satınalma və təchizat sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
  • Yerli və beynəlxalq təchizat bazarlarını araşdırmaq və təhlil etmək bacarığına malik olmaq;
  • Satınalma, müqavilə və logistika prosesləri üzrə biliklərə malik olmaq;
  • Kommersiya təkliflərini təhlil etmək və sərfəli satınalma şərtləri müəyyənləşdirmək bacarığına malik olmaq.

Biz nə təklif edirik?

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Nahar təminatı;
  • Könüllü tibbi sığorta;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Dinamik və inkişaf edən komandada çalışma imkanı.

CV-nizi mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily1
  • Weekly320
  • Monthly1251