Vəzifə öhdəlikləri:
- Hər bir məhsul vahidi üçün mağaza və anbarda saxlanılmalı olan kritik hədləri təyin etmək və yeniləmək;
- Ən çox gəlir gətirən məhsulların stokda bitməsinə yol verməmək;
- Təchizatçılar üzrə gündəlik, həftəlik və ya aylıq sifariş sənədlərini formalaşdırmaq;
- Məhsulların mərkəzi anbardan mağazalara daxili transferlərini planlaşdırmaq;
- Rəfdə olmayan məhsulların səbəblərini araşdırmaq və operativ sifarişlə boşluğu doldurmaq;
- Satılmayan və ya ləng gedən məhsulların stokda yığılıb qalmasının qarşısını almaq, lazımdırsa, marketinq şöbəsinə endirim və ya aksiya təklif etmək;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi
- MS Excel biliyi (VLOOKUP, Pivot Tables)
- Riyazi biliklər
- Problem həlletmə bacarığı
- Analitik biliklər
Təklif edirik:
- Nahar və servis ilə təminat;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük tam iş qrafiki;
- Korporativ mobil nömrə.
Vakansiya ilə bağlı müraciət etmək üçün mövzu hissəsinə “Tədarük zənciri üzrə kiçik mütəxəssis” qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.