Decoliv Decoliv
  • 181

Decoliv

Dizayn , Biznes

Tədarük zənciri üzrə sifarişçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədarük zənciri üzrə sifarişçi

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Böyüyən Decoliv komandamıza Tədarük zənciri üzrə sifarişçi axtarırıq!

Vəzifə öhdəlikləri:

  • Keçmiş satış datasına əsasən gələcək tələbatı proqnozlaşdırmaq və bu əsasda sifariş həcmini təyin etmək;
  • Hər bir SKU (məhsul vahidi) üçün mağaza və anbarda saxlanılmalı olan kritik hədləri (safety stock) təyin etmək və yeniləmək;
  • Məhsulları satış dövriyyəsinə görə qruplaşdıraraq, ən çox gəlir gətirən (A qrupu) məhsulların stokda bitməsinə yol verməmək;
  • ERP sistemində (Logo Tiger və s.) təchizatçılar üzrə gündəlik, həftəlik və ya aylıq sifariş sənədlərinin formalaşdırmaq;
  • Sifarişlərin vaxtında qəbul edilməsini təmin etmək və malın çatdırılma müddətini (Lead Time) izləmək;
  • Məhsulların mərkəzi anbardan mağazalara daxili transferlərini (replenishment) planlaşdırmaq;
  • Rəfdə olmayan məhsulların səbəblərini araşdırmaq və operativ sifarişlə boşluğu doldurmaq;
  • Satılmayan və ya ləng gedən məhsulların stokda yığılıb qalmasının qarşısını almaq, lazımdırsa, marketinq şöbəsinə endirim və ya aksiya təklif etmək;
  • Təchizatçının sifarişi nə dərəcədə tam və vaxtında (Fill Rate) gətirdiyini analiz etmək;
  • Stokun neçə günə satıldığını və kapitalın nə qədər səmərəli dövr etdiyini rəhbərliyə hesabat vermək;
  • Sifariş xətaları nəticəsində yaranan maliyyə itkilərinin minimuma endirmək.

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə minimum 6 ay iş təcrübəsi
  • MS Excel biliyi (VLOOKUP, Pivot Tables, mürəkkəb formulalar)
  • Riyazi biliklər (Faiz hesablamaları, orta satış sürəti və marja hesablamalarını anlamaq)

Təklif edirik:

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək üçün mövzu hissəsinə “Tədarük zənciri - sifarişçi” qeyd etməklə CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1094