Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis

  • Deadline 12 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin təşkilati strukturunun təhlil edilməsini və optimallaşdırılması üzrə təkliflərin hazırlanmasını həyata keçirmək;
  • Vəzifə təsvirlərinin hazırlanmasını, yenilənməsini və standartlaşdırılmasını təmin etmək;
  • Ştat cədvəllərinin idarə edilməsini və struktur dəyişikliklərinin koordinasiya edilməsini həyata keçirmək;
  • İş yükü analizlərinin aparılmasını və işçi ehtiyaclarının qiymətləndirilməsini təmin etmək;
  • Performans idarəetmə sisteminin tətbiqini və inkişaf etdirilməsini həyata keçirmək;
  • KPI və digər performans göstəricilərinin hazırlanmasında iştirak etmək;
  • Karyera planlaşdırılması və varislik planlarının hazırlanmasını və icrasını dəstəkləmək;
  • İnsan resursları göstəricilərinin təhlil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Təşkilati inkişaf layihələrinin planlaşdırılmasını, icrasını və monitorinqini həyata keçirmək;
  • Daxili prosedur, qayda və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Əməkdaş məmnuniyyəti, təşkilati effektivlik və məhsuldarlıq göstəricilərinin təhlil edilməsini həyata keçirmək;
  • Rəhbərliyə təşkilati inkişaf üzrə təkliflərin təqdim edilməsini təmin etmək.

Tələblər:

  • İnsan Resursları, Biznesin İdarəedilməsi, Menecment və ya əlaqəli sahə üzrə ali təhsilə malik olmaq;
  • Təşkilati inkişaf, performans idarəetməsi və ya HR analitika sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
  • Təşkilati strukturlaşdırma, iş yükü analizi və performans idarəetməsi üzrə biliklərə sahib olmaq;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
  • Analitik düşünmə və məlumatların təhlil edilməsi bacarığına sahib olmaq;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarığına malik olmaq;
  • Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq.

Təklif edirik

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily136
  • Weekly303
  • Monthly1748