Vəzifə öhdəlikləri:
- Şirkətin daxili audit proseslərinin planlanması və illik audit planının hazırlanması
- Maliyyə, əməliyyat və proses auditi üzrə yoxlamaların aparılması
- Risklərin qiymətləndirilməsi və proseslərin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi
- Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Şirkət siyasətləri, prosedurlar və qanunvericiliklə uyğunluğun monitorinqi
Xərclərin auditi:
- Logistika, anbar, mağaza xərcləri və satışa bağlı bütün xərc maddələrinin yoxlanılması
- Büdcə ilə faktiki xərclər arasında uyğunsuzluqların təhlili
- Nağd vəsaitlərin hərəkəti, satış dövriyyələri və mağaza üzrə xərclərin monitorinqi
- Sui-istifadə, artıq xərc, səmərəsiz proses və riskli halların aşkarlanması
- Topdan satış müqavilələrinin, endirim və bonus mexanizmlərinin düzgünlüyünün auditi
- Nəzarət mexanizmlərinin effektivliyinin mütəmadi qiymətləndirilməsi
Tələblər:
- Maliyyə, Audit, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 3 il daxili audit təcrübəsi
- Maliyyə hesabatları, daxili nəzarət və risk idarəetməsi üzrə güclü biliklər
- Analitik düşüncə, detallara diqqət və yüksək iş intizamı
- Hesabatvermə bacarığı və güclü kommunikasiya bacarıqları
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.