Məkan: Qusar rayonu (Dağlıq istirahət zonası)
İş qrafiki: Tam iş günü (Növbəli / Müəssisədə yaşamaq şərti ilə)
İş haqqında məlumat
- Dağlıq ərazidə yerləşən Deluxe Park Qusar otel və restoran kompleksi ailəmizə qonaqların (böyüklər və uşaqlar) istirahətini daha maraqlı, dinamik və unudulmaz edəcək, həm səhnə/aparıcılıq qabiliyyətinə, həm də texniki avadanlıqlarla işləmək bacarığına malik Əyləncə Meneceri dəvət olunur.
Əsas Öhdəliklər
- Şou və Tədbir Təşkilatçılığı: Otel və restoran qonaqları üçün gündəlik, həftəlik və bayram günlərinə özəl əyləncə, animasiya və tematik şou-proqramların planlaşdırılması və idarə olunması.
- Aparıcılıq: Tədbirlərdə, canlı musiqi gecələrində və yarışlarda aparıcı kimi çıxış etmək, auditoriyanı idarə etmək və yüksək əhval-ruhiyyə yaratmaq.
Qapalı Hovuz və Açıq Hava Oyunları:
- Qapalı hovuz zonasında təhlükəsizlik qaydalarına riayət etməklə su idman oyunlarının (Aqua Polo, Su Voleybolu, Aqua Aerobika, uşaq yarışları) təşkili.
- Dağlıq ərazinin imkanlarına uygun açıq və qapalı hava fəaliyyətlərinin, intellektual oyunların, quest-lərin və idman yarışlarının keçirilməsi.
Səs və Texniki Avara Avadanlığı: Tədbirlər zamanı səs sistemlərinin (mikşer pultu, mikrafonlar, dinamiklər) idarə olunması, sazlanması və texniki sazlığına nəzarət.
Əlaqələrin Koordinasiyası: Dəvət olunan musiqiçilər, artistlər, aparıcılar və animatolar ilə işin əlaqələndirilməsi.
Namizədə Dair Tələblər
- Otel, restoran, şou-biznes və ya tədbir təşkilatçılığı (Event) sahəsində ən azı 1-2 il iş təcrübəsi.
- Səlis diksiya və aparıcılıq bacarığı: Səhnə sərbəstliyi, zəngin nitq və insanlarla asan ünsiyyət qurmaq qabiliyyəti.
- Səs sistemləri bilikləri: Səs aparatları, mikrafonlar və audio sistemlərlə sərbəst işləmək təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus və ya İngilis dili bilikləri arzuolunandır.
- Uşaqlarla və böyüklərlə eyni dərəcədə ünsiyyət qura bilmək, təşəbbüskarlıq və yüksək enerjiyə malik olmaq.
- Məkan şərti: Qusar rayonunda yaşamaq və ya otel tərəfindən təmin olunan yaşayış yerində qalmaqla çalışmaq imkanı.
Şirkət Tərəfindən Təklif Olunur
- Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).
- Teminat: Şirkət hesabına otel ərazisində və günə 3 dəfə qidalanma.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
- Dağ havasında, müasir otel-restoran kompleksində rahat və dinamik iş mühiti.
Tələblərə cavab verən namizədlərdən CV-lərini (varsa aparıcılıq etdiyiniz tədbirlərdən video/foto portfolionu) mövzu hissəsində "Əyləncə Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.