İş şəraiti
- İş yeri: Bakı, Aypara Layihəsi
- 6 günlük iş həftəsi, bazar ertəsi-şənbə günü: saat 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: Razılaşma yolu ilə
İş barədə məlumat
- Layihə çərçivəsində işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;
- Layihənin sifarişçi ilə gündəlik mütəmadi koordinasiyası
- Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;
- İş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;
- Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların, istehsalat komandasının və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;
- Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
- Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;
- İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;
- Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;
- Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi;
- Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə;
- Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı;
- Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD və MS Project bilikləri üstünlükdür;
- Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları;
- Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (professional)
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Layihə Rəhbəri) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.