İş şəraiti
- 6 günlük iş həftəsi, bazar ertəsi-şənbə günü: saat 08:00-17:00
- Nahar fasiləsi: 12:00 - 13:00
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Azərbaycan, Sumqayıt
İş barədə məlumat
- CAD Proqramları vasitəsi ilə (Solidworks və Autocad) avadanlıqların və konstruksiyaların 3D modellərinin işlənib hazırlanması;
- Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;
- Konstrukitiv cizgilər əsasinda material sərfiyyatı cədvəlinin tərtib edilməsi;
- Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi və tədarükü;
- Layihələr üzrə texniki məsələlərin həllində iştirak;
- Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi.
- Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət.
- Baş mühəndis və rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Mexanika Mühəndisliyi, Maşınqayırma və s. müvafiq ixtisaslar üzrə ali təhsil;
- İxtisas üzrə minimum 2-3 il iş təcrübəsi;
- Maşın mexanizmləri, hidravlik və pnevmatik qurğular barədə biliklər;
- Metal emalı dəzgahlarının (plazma kəsim, bükmə, əymə, qayçı, pres, CNC və manual frez və tornalar və s.) iş prinsipləri barədə ümümi biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər;
- Kompüter bilikləri – Solidworks (vacibdir), Autocad və MS office proqramları;
- Dil bilikləri – Azərbaycan, İngilis. Digər dillər əlavə üstünlük hesab olunur.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Mühəndis konstruktor) emaildə Mövzu (Subject) bölməsində göstərin.