İş barədə məlumat:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
Əsas tələblər:
- Staj: 2-3 il
- Yaş: 25-dən yuxarı
- Müvafiq sahə üzrə tücrübəsi olan şəxslərə üstünlük verilir
- Azərbaycan və rus dilində bilmək
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: ayda 15 gün iş, 09:00-21:00
- Əmək haqqı: 800 net
- Sınaq müddəti: 3 ay
- Ərazi: Bakı
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kassir” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.