Kani Dəri Klinikası komandamıza kreativ düşüncəli, təşəbbüskar, analitik təfəkkürə malik və marketinq sahəsində təcrübəli Marketinq Meneceri axtarırıq!
Əsas vəzifə öhdəlikləri
Marketinq strategiyasının hazırlanması və idarə edilməsi
- Şirkətin marketinq strategiyasının, illik və aylıq marketinq planlarının hazırlanması və icrasının təmin edilməsi;
- Marketinq büdcəsinin planlaşdırılması, bölüşdürülməsi və səmərəliliyinə nəzarət edilməsi;
- Brendin tanınmasının artırılması və şirkətin müsbət imicinin formalaşdırılması;
- Bazarın, rəqiblərin və ehtiyacların araşdırılması;
Kontentin hazırlanması və çəkilişlərin təşkili (Content Production)
- Reels, TikTok, YouTube və reklam çarxları üçün kreativ ideyaların hazırlanması və ssenarilərin yazılması;
- Foto və video çəkilişlərinin planlaşdırılması və təşkili;
- Çəkiliş məkanlarının, çəkiliş üçün gərəkli ləvazimatların, modellərin və ya aktyorların seçilməsi;
- Çəkiliş prosesinin koordinasiyası və yaradıcı istiqamətləndirilməsi;
- Video materialların montajı, rəng korreksiyası, mətn və musiqinin uyğunlaşdırılması;
- Sosial media platformaları üçün cəlbedici, keyfiyyətli və auditoriyaya uyğun vizual və yazılı kontentin hazırlanması;
- Reklam materiallarının və vizual kontentin brendin üslubuna uyğunluğuna nəzarət edilməsi.
Rəqəmsal marketinq və reklam kampaniyalarının idarə edilməsi
- Facebook, Instagram, TikTok, Google və digər rəqəmsal platformalarda marketinq fəaliyyətlərinin idarə olunması;
- Meta Ads, TikTok Ads və Google Ads vasitəsilə reklam kampaniyalarının planlaşdırılması, işə salınması, monitorinqi və optimallaşdırılması;
- Reklam kampaniyalarının nəticələrinin təhlil edilməsi və effektivliyin artırılması üçün tədbirlərin görülməsi;
- Klinikaya müraciət edən potensial pasiyentlərin sayının artırılması və reklam xərclərinin səmərəliliyinin qiymətləndirilməsi;
- Reklam kampaniyalarının nəticələrinin KPI göstəriciləri əsasında qiymətləndirilməsi;
- Kampaniyalar, xüsusi təkliflər və mövsümi reklam fəaliyyətlərinin planlaşdırılması.
Reklam kanallarının araşdırılması və media planlaşdırılması (Media Planning & Strategy)
- Yeni reklam kanallarının, platformaların və reklam yerləşdirmə imkanlarının araşdırılması;
- Açıq hava reklamları, rəqəmsal bilbordlar, televiziya, radio, podkastlar, mətbuat və tədbirlər üzrə reklam imkanlarının qiymətləndirilməsi;
- Potensial tərəfdaşlar, bloqerlər, influenserlər və media agentlikləri ilə əlaqələrin qurulması;
- Reklam yerləşdirmə şərtlərinin öyrənilməsi, kommersiya təkliflərinin toplanması və qiymətlərin müqayisə edilməsi;
- Reklam imkanları, qiymətlər, auditoriyanın əhatə dairəsi və gözlənilən nəticələr barədə rəhbərlik üçün təkliflərin və təqdimatların hazırlanması;
- Rəqəmsal, ənənəvi və açıq hava reklam kanalları arasında büdcənin səmərəli bölüşdürülməsi ilə bağlı təkliflərin verilməsi.
Marketinq analitikası və hesabatlılıq
- Marketinq fəaliyyətlərinin effektivliyinin mütəmadi təhlil edilməsi;
- Reklam kampaniyalarının nəticələrinin ROI (investisiyanın gəlirliliyi), CPA (müştəri cəlbetmə xərci), baxış sayı və potensial müştəri müraciətləri kimi göstəricilər əsasında qiymətləndirilməsi;
- Google Analytics 4 və digər analitik alətlər vasitəsilə nəticələrin izlənilməsi;
- Marketinq büdcəsinin istifadəsi və kampaniyaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideyaların və təşəbbüslərin irəli sürülməsi.
Namizədə dair tələblər
- Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Rəqəmsal marketinq və reklam platformaları üzrə bilik və praktiki təcrübə;
- Marketinq büdcəsinin idarə edilməsi, reklam kampaniyalarının planlaşdırılması və nəticələrin təhlili bacarığı;
- Bazar araşdırması aparmaq və rəqabət mühitini qiymətləndirmək bacarığı;
- Yazılı və vizual kontent hazırlamaq, kreativ ideyalar irəli sürmək bacarığı;
- CapCut, Adobe Premiere Pro, Adobe Photoshop və ya digər video montaj və dizayn proqramları ilə işləmək bacarığı;
- Foto və video çəkilişlərində kadr, işıq və kompozisiya prinsiplərini bilmək;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Müasir kommunikasiya vasitələrindən və rəqəmsal məlumatlardan istifadə bacarığı;
- Analitik düşüncə, təşkilatçılıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Əlavə üstünlüklər:
- Səhiyyə və ya klinika sahəsində iş təcrübəsi;
- Google Ads, Meta Ads Manager və TikTok Ads platformaları ilə praktiki iş təcrübəsi;
- Google Analytics 4 və CRM sistemləri ilə işləmək bacarığı;
- B2B və B2C marketinq təcrübəsi;
- Rus və ingilis dillərini bilmək;
- Video çəkilişi və montaj üzrə portfolioya sahib olmaq.
Səlahiyyətlər və işin təşkili
- Reklam sahələrinin sahibləri, media nümayəndələri, influenserlər və potensial tərəfdaşlarla ilkin danışıqların aparılması;
- Yeni reklam kanalları və formatları üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi;
- Reklam materiallarının vizual keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət edilməsi;
- Reklam kampaniyalarının həyata keçirilməsi üçün tələb olunan büdcənin əsaslandırılması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş qrafiki: Həftədə 5 iş günü
- İş saatları: 09:00–18:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında razılaşdırılır.
Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini və portfolio nümunələrini (hazırladıqları video və reklam işlərini) mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: