İş şəraiti
- Əmək haqqı - 400 azn fix + bonus
- İş saatları – Həftədə 40 saat olmaqla 6 günlük iş rejimi.
- İşçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir.
- İşçi vəzifə təlimatında olan bütün əmək funksiyalarına əməl etməyə cavabdehlik daşıyır.
Tələblər:
- Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları
- Müştəri ehtiyyacının müəyyən edilməsi
- Komandada işləmək bacarığı
- Satış üzrə minimum 1 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması və tətbiq edilməsində yardımın göstərilməsi. Xidmət prosedurlarının, siyasətinin və standartlarının inkişaf etdirilməsi;
- Müştəri xidmətlərinin inkişaf etdirilməsi, perspektivli müştərilərin cəlb edilməsi, bütün təşkilat daxilində dəyişikliklər barədə təkliflərin irəli sürülməsi və üzvi artımın asanlaşdırılması;
- Prosesləri öyrənməklə, qiymətləndirməklə və yenidən hazırlamaqla müştəri xidmətlərinin keyfiyyət nəticələrinin inkişaf etdirilməsi, xidmət göstəricilərinin müəyyən edilməsi, nəticələrin yoxlanılması və təhlil edilməsi, dəyişikliklərin tətbiq edilməsi;
- Aşağıdakı istiqamətlərdə müştərilərlə satış danışıqlarının aparılması: məhsullar və xidmətlər haqqında ümumi məlumatların verilməsi, məhsul və ya xidmətin əlverişsiz xüsusiyyətləri barədə şübhələrin aradan qaldırılması, məhsullara olan tələbat, məhsul və ya xidmət haqqında rəylər barədə məlumatlandırma;
- Alıcıların potensial təlabatlarının aşkar edilməsi, yeni müştəri sorğusuna müvafiq məhsul və xidmətin təklif edilməsi;
- Potensial müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif bazalardan zənglərin həyata keçirilməsi;
- Gələn müştərilərin, daxil olan və çıxan zənglərin qeydiyyatının aparılması, şirkətin xidmətləri və məhsulları barədə məlumatların verilməsi;
- Yeni xidmət və aksiyalar barədə müştərilərin məlumatlandırılması;
- Düzgün şəkildə qeydlərin aparılması və müştəri xidmətləri üzrə fəaliyyətin və müzakirələrin sənədləşdirilməsi;
- Gələcəkdə istinad məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmənin və hesabatların hazırlanması;
- İcra edilmiş iş barədə hesabatların hazırlanması və rəhbərlə əks əlaqənin yaradılması;
- Vaxtında və düzgün qaydada müştərilərin elektron məktub və telefon sorğularının (şərhlərinin, şikayət və ya təkliflərinin) cavablandırılması, müvafiq şəxslərin cəlb edilməsi və yaranan problemlərin həll edilməsi;
- Problemlərin həll edilməsi məqsədilə müştərilərlə (kursun tələbələri və ya valideynləri) daimi olaraq ünsiyyətin qurulması və onlarla rəhbərlik və ya müəllimlər tərəfindən gələn təkliflərlərin çatdırıması;
- Müştəri məmnunluğunun ölçülməsi yollarının tapılması. Müştərilərdən (valideynlərdən və ya tələbələrdən) məhsul və xidmətlər haqqında rəsmi və qeyri-rəsmi rəylərin toplanması; Bəzi intizam məsələlərində dəstəyin göstərilməsi;
- Tələbələrə nəzarət və onların davranışlarının intizam qaydalarına uyğun olmasının təmin edilməsi. Hər hansı qayda pozuntusu baş verdiyi halda, növbəti razılaşdırılmış addımlar çərçivəsində tədbirlə-rin görülməsi. Qayda pozuntusunun səbəblərinin təhlil edilməsi və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflərin irəli sürülməsi;
- Müştərilərin (valideynlərin) müvafiq vasitələrlə (elektron və ya yazılı məktublar, sms mesajlar, telefon zəngləri və s.) kursda təhsil alan şağirdlərin davamiyyəti, akademik irəliləyişi və davranışı haqqında daimi olaraq məlumatlandırılması;
- Kursu tərk etmək, bəzi fənlərdən imtina etmək istəyən müştərilərlə söhbətlərin aparılması və onların kursda qalmalarının təmin edilməsi;
- Müqaviləyə xitam verilmə səbəblərinin müntəzəm qaydada (hər ay) təhlil edilməsi. Ümumi statistikanın təhlil edilməsi və hesabatların təqdim edilməsi;
- Rəhbərliyin (və digər müvafiq tərəflərin) müştərilərdən gələn rəylər və təhlil-hesabat formaları (müqaviləyə xitam vermə səbəbləri, məmnunluq və qeyri-məmnunluq səbəbləri) haqqında mütəmadi olaraq məlumatlandırılması;
- Tələb olunan hesabat formasının mövcudluğunun təmin edilməsi və lazımi məlumatların əldə edilməsi məqsədilə Məhsul və Tədris Departamentlərinin məlumatlarının izlənilməsi;
- Müştərilərin PLC (bilik səviyyəsinin ölçülməsi) testləri üçün qeydiyyatı və istiqamətləndirilməsi,
- PLC (bilik səviyyəsinin ölçülməsi) testi üzrə cavabların təhlili və müştərilərə verilməsi;
- Şagirdlərin imtahanda göstərdikləri nəticələrinin təhlil edilməsi və şagirdlərə verilməsi;
- Şagird və valideynlərə cədvəllərin verilməsi (DIM və GET);
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;
- Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.
Uyğun namizədlər CV formalarını mail adresinə göndərə bilərlər.