DEVABİ platformasının şirkətlər, istehsal müəssisələri və məhsul təchizatı həyata keçirən sexlər arasında tanıdılması və yeni tərəfdaşların platformaya cəlb edilməsi üçün Satış təmsilçisi axtarılır.
Vəzifə öhdəlikləri
- Potensial tərəfdaşları müəyyən etmək və yerində səfərlər həyata keçirmək;
- DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim etmək;
- Danışıqlar aparmaq və yeni tərəfdaşları platformaya cəlb etmək;
- DEVABİ panelinin quraşdırılması, qeydiyyatı və aktivləşdirilməsini təmin etmək;
- Məsul əməkdaşa paneldən istifadə üzrə ilkin təlim və dəstək göstərmək;
- Qoşulmuş tərəfdaşlarla əlaqəni saxlamaq və kampaniyalar barədə məlumat vermək;• Satış göstəricilərini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək;
- Görüş və tərəfdaş uçotunu aparmaq, həftəlik və aylıq hədəflər üzrə hesabat vermək.
Tələblər
- Ali təhsil tələb olunur;
- Satış, müştəri xidməti və ya sahə işi üzrə təcrübəTələb edilir;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar bacarığı;
- Xarici dil bilmək arzuolunandır.
- Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
- İlkin texniki bacarıqlar və məsuliyyətli, nəticəyönümlü yanaşma.
İş barədə məlumat
- Əməkhaqqı - 700 manat başlanğıc (artan əmək haqqı)
- Nahar şirkət tərəfindən qarşılanır
- Korporativ nömrə şirkət tərəfindən qarşılanır
- İş görüşmələri ilə bağlı nəqliyyat xərci şirkət tərəfindən qarşılanır.
- İş saatı - 09:00-18:00
- İş yeri - RST Global Business Center
- Birbaşa tabeçilik - İcraçı direktor
CV-lərinizi “Müraciət et” düyməsində qeyd olunan elektron ünvana göndərə bilərsiniz.
Əlaqə: +994 99 888 60 61