Dərman zavoduna Kimyaçı analitik tələb olunur!
İş şəraiti
- İş yeri: Pirallahi
- İş qrafiki: Tam ştat 9:00-18:00
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Xammal, yarımfabrikat və hazır məhsulların laboratoriya analizlərinin aparılması
- Kimyəvi reaksiyaların və proseslərin monitorinqi
- Analitik avadanlıqların idarə olunması və təmirinə nəzarət
- Analiz nəticələrinin qeydiyyatı və texniki hesabatların hazırlanması
- Keyfiyyət standartlarına (ISO, HACCP və s.) uyğunluğun təmin edilməsi
- Laboratoriya qaydalarına və təhlükəsizlik tələblərinə riayət
Tələblər:
- Ali təhsil (Kimya, Kimya mühəndisliyi və ya Analitik kimya)
- Laboratoriya təcrübəsi minimum 1 il (yeni məzunlar üçün uyğunlaşdırıla bilər)
- Spektrofotometr, xromatoqraf, titrasiya və digər laboratoriya avadanlıqları ilə işləmə bacarığı
- Analitik düşünmə və dəqiqlik
- MS Office proqramları üzrə bilik
- Məsuliyyətli, diqqətli və komandada işləmə qabiliyyəti
Üstünlük verilir:
- Kimya laboratoriyasında iş təcrübəsi
- ISO və ya HACCP bilikləri
- İngilis dili biliyi
Təklif edirik:
- Rəsmi iş və əmək Məcəlləsinə uyğun əmək haqqı
- Peşəkar inkişaf və təlim imkanları
- Stabil iş mühiti və karyera perspektivi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.