Kiçik mühəndis elektronçu

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik mühəndis elektronçu

  • Deadline 11 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühəndis elektronçu vakansiyası üzrə əməkdaş axtarırıq!

Tələb olunan bacarıqlar:

  • Elektronika, elektrotexnika, elektron mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Elektron komponentlər və elektronika üzrə əsas biliklər;
  • Elektrik və elektron sxemləri oxuma bacarığı;
  • Ölçü cihazları ilə işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • MS Office proqramlarında ilkin səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dili biliyi; rus və ingilis dili biliyi üstünlükdür;
  • İş təcrübəsi üstünlükdür, müvafiq sahə üzrə yeni məzunlar və az təcrübəli namizədlər də müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Elektron avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
  • Elektron komponentlərin və cihazların diaqnostikası və nasazlıqlarının müəyyən edilməsi;
  • Elektrik və elektron sxemlərin oxunması və təhlili;
  • Avadanlıqların texniki göstəricilərinin yoxlanılması və sınaqların aparılması;
  • Elektron sistemlərin montajı və inteqrasiyasında iştirak;
  • Ölçü cihazlarından və müvafiq texniki avadanlıqlardan istifadə;
  • Aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak;
  • Texniki sənədlərin, hesabatların və görülmüş işlər üzrə qeydlərin hazırlanması;
  • Avadanlıqların texniki təhlükəsizlik və istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi;
  • Rəhbərliyin verdiyi texniki tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

İş şəraiti:

  • İş rejimi: Tam iş günü
  • İş qrafiki: 5 iş günü, 09:00–18:00
  • İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi
  • Əmək haqqı: 1000 AZN (net)
  • Tibbi sığorta

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində Kiçik Mühəndis-elektronçu qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily7
  • Weekly614
  • Monthly1090