Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühəndis elektronçu vakansiyası üzrə əməkdaş axtarırıq!
Tələb olunan bacarıqlar:
- Elektronika, elektrotexnika, elektron mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Elektron komponentlər və elektronika üzrə əsas biliklər;
- Elektrik və elektron sxemləri oxuma bacarığı;
- Ölçü cihazları ilə işləmə bacarığı;
- Texniki sənədlərlə işləmə bacarığı;
- MS Office proqramlarında ilkin səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və ingilis dili biliyi üstünlükdür;
- İş təcrübəsi üstünlükdür, müvafiq sahə üzrə yeni məzunlar və az təcrübəli namizədlər də müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Elektron avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
- Elektron komponentlərin və cihazların diaqnostikası və nasazlıqlarının müəyyən edilməsi;
- Elektrik və elektron sxemlərin oxunması və təhlili;
- Avadanlıqların texniki göstəricilərinin yoxlanılması və sınaqların aparılması;
- Elektron sistemlərin montajı və inteqrasiyasında iştirak;
- Ölçü cihazlarından və müvafiq texniki avadanlıqlardan istifadə;
- Aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak;
- Texniki sənədlərin, hesabatların və görülmüş işlər üzrə qeydlərin hazırlanması;
- Avadanlıqların texniki təhlükəsizlik və istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi;
- Rəhbərliyin verdiyi texniki tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
İş şəraiti:
- İş rejimi: Tam iş günü
- İş qrafiki: 5 iş günü, 09:00–18:00
- İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi
- Əmək haqqı: 1000 AZN (net)
- Tibbi sığorta
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində Kiçik Mühəndis-elektronçu qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.