İş barədə məlumat
- Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq işə qəbul strategiyasının həyata keçirilməsi;
- Headhunting vasitəsilə bazarda uyğun və yüksək potensiala malik namizədlərin cəlb edilməsi;
- Aktiv vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və daxil olan müraciətlərin dəyərləndirilməsi;
- Namizədlərlə onlayn və əyani müsahibələrin təşkili və keçirilməsi;
- Vakansiyalara uyğun qiymətləndirmə testlərinin hazırlanması və tətbiqi;
- Daxili komanda üzvlərinin loyallığının və məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
- Team building tədbirlərinin təşkili və komanda ruhunun gücləndirilməsi;
- Employee Branding istiqamətində layihə və tədbirlərin həyata keçirilməsi;
- Internship proqramlarının təşkili və idarə olunması.
Qeyd: Kadr kargüzarlığı və sənədləşmə işləri outsource tərəfdaş şirkət tərəfindən həyata keçirildiyi üçün bu vəzifənin öhdəliklərinə daxil deyil.
İş şəraiti
- İş yeri: Elmlər metrosunun yaxınlığında yerləşən innovativ iş mühiti;
- Korporativ nömrə, mobil telefon və MacBook ilə təmin olunma;
- İş qrafiki: Həftədə 6 iş günü, 09:00–18:00; şənbə günü qısaldılmış iş rejimi;
- Mehriban, dinamik və inkişafyönümlü komanda;
- Peşəkar və karyera inkişafı, vəzifə artımı imkanları;
- Əmək haqqı: 1000 AZN (gross).
Namizədə dair tələblər
- İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Karyerasını uzunmüddətli perspektivdə İnsan Resursları sahəsində inkişaf etdirmək istəyi;
- Səlis və aydın kommunikasiya bacarığı;
- Ali təhsil;
- İngilis dili biliyi;
- Təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlərdən fotoşəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “HR Manager (Recruiter)” qeyd etməklə göndərmələri xahiş olunur.