D Dost Agropark
  • 837

Təsərrüfat rəhbəri (Zəngilan)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təsərrüfat rəhbəri (Zəngilan)

  • Deadline 1 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Heyvandarlıq, əkinçilik və texniki-təsərrüfat bölmələrinin illik, mövsümi, həftəlik və gündəlik planlamalarına əsasən təsərrüfatın fəaliyyət planının hazırlanması, icrasının təşkili və kənd təsərrüfatı standartlarına uyğunluğuna nəzarət;
  • Əkinçilik üzrə aqrotexniki tədbirlər planının hazırlanması və icrasına nəzarət;
  • Toxum, gübrə və bitki mühafizə vasitələrinin seçimi və düzgün istifadəsinə nəzarət;
  • Kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinin fasiləsiz, optimal işləməsinə və təmirinə nəzarət;
  • Anbarlara (xammal, yem, ehtiyat hissələri) giriş-çıxışın, sənədlərin prosedura uyğun rəsmiləşdirilməsinin və materialların saxlanılma şəraitinin nəzarətdə saxlanılması;
  • Satınalma prosesləri və sifarişlər üzrə məlumatlılıq, lazım gəldikdə keyfiyyətlə bağlı rəy bildirmək;
  • Təsərrüfat üzrə xərc mərkəzlərinə nəzarət, resurslardan səmərəli istifadə və optimallaşdırma təşəbbüslərinin həyata keçirilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət və işçilərin bu istiqamətdə maarifləndirilməsi;
  • Tabeçiliyində olan əməkdaşlara gündəlik, həftəlik və aylıq tapşırıqların verilməsi, icrasının izlənməsi və nəticələrin qiymətləndirilməsi;
  • Təsərrüfatın fəaliyyəti və nəticələri ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və.s;

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 ili aidiyyatı vəzifə üzrə olmaqla 5+ il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, 1C;
  • Stresədavamlı, tələbkar, məsuliyyətli;
  • Problemləri həll etmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları;

İş şərtləri:

  • İş yeri: Zəngilan 
  • İş vaxtı: I - VI günlər (qanunvericiliyə uyğun)
  • Qonaqlama və qidalanma şirkət tərəfindən təmin olunur.
  • Xidməti avtomobil və korporativ nömrə

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly588
  • Monthly208