Dövlət qurumu Dövlət qurumu
  • 1.8K

Dövlət qurumu

Dövlət qurumu

Böyük məsləhətçi

  • Deadline 7 Fevral 2026

İş şəraiti

  • İş yeri: Dövlət qurumu
  • İş rejimi: Tam ştat, həftəlik 5 günlük iş rejimi (iş saatları: 09:00–18:00)

Vəzifə öhdəlikləri:

  • Tabeliyində olan qurumların büdcələrinin hazırlanması və təsdiq edilmiş büdcələrin icrasına aylıq nəzarətin həyata keçirilməsi
  • Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan qurumlar, həmçinin dövlət proqramları üzrə büdcə layihələrinin zəruri arayış və izahlarla birlikdə hazırlanmasına nəzarət edilməsi
  • Dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət edilməsi və bununla bağlı müvafiq hesabatların hazırlanması
  • Dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması və tələb olunan hesabatların hazırlanması
  • Büdcə risklərinin müəyyən edilməsi və onların azaldılması üzrə optimallaşdırma təkliflərinin verilməsi
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hesabat və təqdimatların hazırlanması

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə və əlaqəli ixtisaslar üzrə ali təhsil
  • Büdcə və/və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi
  • Dövlət büdcəsi və büdcə sistemi üzrə qanunvericilik bilikləri
  • Dövlət büdcəsinin planlaşdırılması, icrası və hesabatlılığı üzrə praktiki təcrübə
  • Maliyyə analizi sahəsində bilik və bacarıqlar
  • Çoxsaylı qurumlarla koordinasiyalı və paralel şəkildə işləmək bacarığı
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət qurmaq, kənar təşkilatlarla rəsmi yazışmalar aparmaq bacarığı
  • Rəhbərlik üçün təqdimatlar və qısa analitik arayışlar hazırlamaq bacarığı

Üstünlük verilən keyfiyyətlər:

  • ACCA (F3, F7 və s.) sertifikatlarının mövcudluğu
  • Dövlət qurumlarında iş təcrübəsi
  • İngilis dili biliyi

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində Böyük məsləhətçi qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily50
  • Weekly676
  • Monthly698