Təcili olaraq aşağıdakı şərtlər üzrə “İnşaat mühəndisi” tələb olunur.
Vakansiya haqqında
- İş yeri: Naxçıvan/Azərbaycan
- İş saatı: Həftədə 5 gün 40 saat olmaqla
- İşə başlama tarixi: Təcili
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri
- Tikinti norma və qaydalarının tələblərinə və müqavilə şərtlərinə uyğun olaraq tikintilərə nəzarət funksiyalarını yerinə yetirmək;
- Müqavilələrin öhdəliklərinə uyğun olaraq qiymətləndirmə meyarlarının təhlili, müvafiq qaydada razılaşdırılması, icra olunmuş işlərin dəyərinin təsdiq edilməsi məqsədi ilə müvafiq yoxlamaların aparılması, qüsurların müəyyən edilməsi, aradan qaldırılması üçün tədbirlərin görülməsi və forma 2 aktlarının qəbulunu həyata keçirmək;
- Layihələr üzrə tələb olunan mal-materialların və avadanlıqların keyfiyyətinə nəzarət etmək;
- Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq etmək və prosesi təqib etmək;
- Tikinti obyektləri ilə bağlı statistik məlumatlar toplamaq və birbaşa rəhbərinə məruzə etmək;
- Obyektlər üzrə aşkarlanmış problemlərin həlli istiqamətində rəhbərlik tərəfindən müvafiq problemlərlə bağlı tikintinin icrasının təminatı barədə verdiyi qərarların icrasını təmin etmək;
- Təsdiq olunmuş tikinti qrafikinə uyğun olaraq tikinti-quraşdırma işlərinin icrasına nəzarəti həyata keçirmək;
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə qanunvericilik tələblərinə əsasən layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına nəzarət etmək;
- Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərinə təqdim etmək.
Tələblər
- İnşaat mühəndisliyi, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müvafiq ixtisasları üzrə ali təhsil;
- Minimum 5 il texniki nəzarət üzrə mühəndis fəaliyyəti. (sahədə işləyən mühəndislərə üstünlük veriləcək).
Bacarıq və səriştələr
- Ünsiyyət və təşkilati bacarıq;
- İşgüzar danışıqlar aparmaq bacarığı;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq;
- Təqdimat, idarəetmə, komanda şəklində işləmək;
- Qarşıya çıxan problemləri həll etmək, yüksək dəqiqlik və baş verə biləcək potensial dəyişiklikləri müəyyən etmək bacarıqlar;
- Autocad, Ms. Office programları, Excell əla səviyyədə.
Müraciət qaydası
- Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin.
- CV-ləri göndərərkən başlıq yerinə “İnşaat mühəndisi-naxçıvan” qeyd etməyi unutmayın.